Bütün xəbərlər
Avro-2024-ün pley-off mərhələsinə çıxmaq şansını ilk itirən Polşa millisi olub
Tarix: 22-06-2024 13:31 | Bölmə: Karusel

2024-cü il futbol üzrə Avropa çempionatında turnirin ilk məğlubu müəyyənləşib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Polşa millisi D qrupundan irəliləyə bilməyib.
Ötən gün Fransa və Hollandiya komandaları 0:0 hesabı ilə bərabərə qalıblar. Bu nəticə polşalıları qrup mərhələsinin bitməsinə bir tur qalmış pley-offa çıxmaq şansından məhrum edib.
Polşa yığması iki görüşdə iki məğlubiyyətlə üzləşib və dördlükdə sonuncu yeri tutur. D qrupunda liderlər Fransa və Hollandiya (hər biri 4 xal) futbolçularıdır. Avstriya komandası üçüncü yerdədir (3).
İyunun 14-dən iyulun 14-dək Almaniyada futbol üzrə Avropa çempionatı keçiriləcək.


Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər