Bütün xəbərlər
Polşa cümə axşamından etibarən Belarusla sərhəddə bufer zonası tətbiq edəcək
Tarix: 12-06-2024 18:59 | Bölmə: Karusel

İyunun 13-də Polşa və Belarus sərhəddində bufer zonası yaranacaq, müvafiq əmri Polşanın daxili işlər naziri Tomaş Simonyak imzalayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu zonada hərəkətin məhdudlaşdırılacağı dəqiqləşdirilir. Onun eni 200 metr, qoruq ərazilərində isə 2 kilometrə qədər olacaq. Bununla belə, bufer zonası turist marşrutlarına və əhalinin məskunlaşdığı ərazilərə təsir etməyəcək, RİA Novosti yazır. Daxili İşlər Nazirliyi rəisinin əmrinin qüvvədə olma müddəti 90 gündür.
Xatırladaq ki, Polşa hakimiyyəti mayın 29-da bufer zona yaratmaq planlarını açıqlamışdı. Buna səbəb qanunsuz miqrantların sərhədçilərə hücum hallarının artmasıdır.
Mayın 28-də miqrantlardan biri Polşa tank briqadasının əsgərini bıçaqlayıb. İyunun 6-da əsgər xəstəxanada dünyasını dəyişib.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər