Bütün xəbərlər
Belarusa qaçan polşalı hakim məxfi sənədi dərc etməklə hədələyir
Tarix: 10-05-2024 21:14 | Bölmə: Karusel

Siyasi sığınacaq almaq üçün Belarusa gedən keçmiş polşalı hakim Tomaş Şmidt məxfi məlumatları dərc etmək niyyətində olduğunu açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Şmidt Telegram kanalında mayın 10-da saat 19:00-da Varşavadan gətirdiyi ilk məxfi sənədi dərc etməyə hazırlaşdığını yazıb.
Bundan əvvəl o, vəzifəsindən imtina etdiyini və Belarusdan siyasi sığınacaq istəyəcəyini açıq şəkildə bəyan etmişdi. Qərar Varşavanın Minsk və Moskva ilə bağlı siyasətinə etiraz olaraq qəbul edilib.
Xatırladaq ki, Belarus lideri Aleksandr Lukaşenko polis əməkdaşlarından polşalı hakim Tomaş Şmidtin təhlükəsizliyini təmin etməyi xahiş edib.


Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər