Bütün xəbərlər
Putin Rusiya Federasiyasının Qərb ölkələrinə hücum edəcəyini cəfəng bəyanatlar adlandırıb
Tarix: 11-04-2024 23:01 | Bölmə: Karusel

Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə Rusiya Federasiyasının Qərb ölkələrinə hücuma keçməsi barədə deyilənləri cəfəngiyat adlandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya liderinin sözlərinə görə, bu cür bəyanatlar hakim elitaya Ukraynadakı müharibəyə xərclədiklərini izah etmək və əsaslandırmaq üçün lazımdır.
"Bu mövzunun şişirdilməsinin əsas səbəbi budur", - Putin "Rossiya 24" telekanalında deyib.


Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər