Bütün xəbərlər
Avtomobillərə texniki qulluq stansiyasında güclü yanğın baş verib
Tarix: 04-03-2024 13:37 | Bölmə: Karusel

Moskva yaxınlığındakı Ximkidə texniki xidmət stansiyasında baş vermiş yanğının söndürülməsinə 40-a yaxın adam cəlb olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bazar ertəsi Moskva yaxınlığındakı Ximkidə avtoservisdə yanğın baş verib, yanğın min kvadratmetrə yaxın ərazini əhatə edib.
Hazırda yanğının yayılmasının qarşısı alınıb, 38 nəfər və 11 texnikanın köməyi ilə söndürülməsi davam etdirilir. Beş nəfər özbaşına binadan təxliyə edilib. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur. Yanğının baş vermə səbəbləri və nəticələri araşdırılır.


Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər