Bütün xəbərlər
Əhməd Usmanov sərbəst güləş üzrə Avropa çempionu olub
Tarix: 17-02-2024 22:59 | Bölmə: Karusel

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şənbə günü sərbəst güləş yarışları keçirilir.
Rusiyalı güləşçi Əhməd Usmanov 79 kq çəki dərəcəsində Avropa çempionu olub. Çempionatda Rusiya güləşçiləri neytral statusda mübarizə aparırlar.
Finalda 2023-cü ilin dünya çempionu Əhməd Usmanov Belarus təmsilçisi Maqomedhabib Kadimaqomedovla döyüşüb. Əhməd 9:6 hesabı ilə qalib gəlib.
Bundan əvvəl digər rusiyalı güləşçi Hacımurad Rəşidov 65 kq çəki dərəcəsində gümüş mükafata layiq görülüb. O, finalda Albaniya millisində çıxış edən İslam Dudayevə 1:2 hesabı ilə uduzub.


Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər