Bütün xəbərlər
Amerika hakimiyyəti Vaşinqton yaxınlığında baş verən “partlayış”ın səbəbini açıqlayıb
Tarix: 04-06-2023 23:58 | Bölmə: Karusel


"Cessna biznes-jeti" Virciniya ştatının cənub-şərqində əhalinin az məskunlaşdığı ərazidə qəzaya uğrayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Vaşinqtonda “partlayış” xəbərinin yayılmasına məhz bu hadisə səbəb olub. Bu barədə RİA Novosti-yə ABŞ Federal Aviasiya Administrasiyasından (FAA) məlumat verilib. Onlar həmçinin ölkənin aviasiya orqanlarının insidentlə bağlı araşdırma aparacağını bildiriblər.
İyunun 4-də"Cessna Citation" təyyarəsi təxminən saat 15.00-da (Moskva vaxtı ilə 22.00) Virciniya ştatının cənub-qərbində əhalinin az məskunlaşdığı ərazidə dağlıq ərazidə qəzaya uğrayıb. FAA-nın verdiyi məlumata görə, təyyarə Tennessi ştatının Elizabethton hava limanından havaya qalxıb və Nyu-Yorkdakı Long Island MacArthur hava limanına gedirdi.
Bununla yanaşı, idarə məlumatların yekun olmadığını vurğulayıb.
İyunun 4-də Amerika paytaxtının sakinləri sosial şəbəkələrdə geniş ərazidə gurultu eşitdiklərini bildiriblər. Şəhərin yanğınsöndürmə və daxili təhlükəsizlik idarələri Vaşinqtonda hər hansı insidentlə bağlı məlumatların olmadığını bildiriblər.
Bundan əvvəl ABŞ-ın Florida ştatı sahillərində təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfərin öldüyü bildirilirdi. Venesiya Şəhər Polis İdarəsinin məlumatına görə, ilk olaraq 60 və 64 yaşlı iki kişinin cəsədi tapılıb. Daha sonra dalğıclar 57 və 68 yaşlı iki qadının cəsədini, həmçinin "Piper PA-32" yüngül təyyarəsinin qalıqlarını aşkar ediblər.


Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər