Bütün xəbərlər
Xaçanov Avstraliya Açıq çempionatında yarımfinala yüksəlib
Tarix: 24-01-2023 11:14 | Bölmə: Karusel

Rusiyalı tennisçi Karen Xaçanov Melburnda keçirilən Avstraliya Açıq çempionatında yarımfinala yüksəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,1/4 finalda Karen amerikalı Sebastyan Kordaya inamla qalib gəlib.
Melburnda Avstraliya Açıq Turniri davam edir. Karen Xaçanov adını turnirin yarımfinalına yazdırıb.
18 nömrəli tennisçi Karen Xaçanov daha əvvəl Daniil Medvedevi nokauta salmış 23 nömrəli amerikalı Sebastyan Korda ilə qarşılaşıb. İlk setdə inadkar mübarizə getsə də, Karen 7:5 hesabı ilə daha güclü olub. İkinci setdə Xaçanovun üstünlüyü daha çox nəzərə çarpan 6:3, üçüncü oyunda isə rusiyalı tennisçi 6:0 hesablı qələbə qazanıb. Rəqiblər meydançada 1 saat 50 dəqiqə vaxt keçiriblər.
Karen Xaçanov karyerasında ilk dəfə Avstraliya Açıq çempionatının yarımfinalına yüksəlib. Keçən ilin payızında Karen daha bir Böyük Dəbilqə turnirində - ABŞ Açıq turnirində yarımfinala yüksəldi. Xaçanov finala vəsiqə uğrunda Stefanos Tsitsipas (Yunanıstan) - Jiri Leleçka (Çexiya) görüşünün qalibi ilə mübarizə aparacaq.


Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər