Zaqatalada Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb
Tarix: 03-07-2022 11:08 | Bölmə: Karusel

Zaqatalada Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb



Zaqatalada Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb.
APA-nın xəbərinə görə, ötən gün axşam saatlarında rayonun Car kənd sakini 1962-ci il təvəllüdlü Şaban Məmməd oğlu Quçiyev qarın boşluğunun kəsilmiş-deşilmiş daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Şaban Quçiyev əməliyyat edildikdən sonra xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.Şaban Quçiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsində sürücü vəzifəsində işləyir.
APA-nın əldə etdiyi məlumata görə, Şaban Quçiyev həmkəndlisi Tahir Kaştayev tərəfindən bıçaqlanıb. Tahir Kaştayev sübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.



Baxış sayı: 69


Bölməyə aid digər xəbərlər
26-07-2022, 17:51 Ərdoğan Rusiyaya gedir