Bütün xəbərlər
Zelenski Corc Buşu Ukraynaya dəvət etdi
Tarix: 06-05-2022 02:48 | Bölmə: Karusel

                  Zelenski Corc Buşu Ukraynaya dəvət etdi


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın 43-cü prezidenti Corc Buşla videokonfrans vasitəsilə görüş keçirib.
“Qafqazinfo” “İnterfaks-Ukrayna”ya xəbər verir ki, Buş Rusiyaya qarşı mübarizədə Ukraynanı və onun xalqını dəstəklədiyini bildirib.
"Sizin cəsarətiniz davamlı uğurunuz üçün çox vacibdir. Əgər indiki kimi mübarizəni davam etdirsəniz, hər zaman dəstəyimiz olacaq. Sizin ölkəniz günahsız insanları öldürmək istəyən qüvvələr tərəfindən zəbt edilib. Sizin möhkəm dayanmağınız amerikalıları ruhlandırır”, - Buş bildirib.
Görüşün sonunda Zelenski Buşu Ukraynaya səfərə dəvət edib.


Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər