23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Narkotiki onlayn alan qohumlar saxlanıldı
Tarix: 16-01-2022 18:47 | Bölmə: Karusel

                      Narkotiki onlayn alan qohumlar saxlanıldı


Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı xarici ölkə vətəndaşından onlayn yolla narkotik vasitə alan yaxın qohumlar saxlanılıb.
DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, keçirilən ilk əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılan Fərhad Adilov saxlanılıb. 
Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb. F.Adilov ifadəsində həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu xarici ölkələrin birinin vətəndaşından 300 manata aldığını və bibisi oğlu Tərlan Həsənovla Bakı şəhərinə gedərək əvvəlcədən ona deyilən yerdən götürüb, Göyçaya qayıtdıqlarını bildirib. Tədbirlərin davamı olaraq bir neçə gün əvvəl rayon ərazisindəki oğurluqlara görə saxlanılan T.Həsənovun da yaşadığı ünvana baxış keçirilib və oradan psixotrop maddə metamfetamin (“patı”), narkotik vasitə heroin və metadon həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Baxış sayı: 368


Bölməyə aid digər xəbərlər