Bütün xəbərlər
Bakıda yol çökdü - Foto
Tarix: 09-04-2021 09:42 | Bölmə: Karusel

                 Bakıda yol çökdü


Bakının Nizami rayonunda yolun ortasında çöküntü olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə aprelin 8-i gecə saatlarında Qara Qarayev metrostansiyasının yaxınlığına, Əlif Hacıyev küçəsində baş verib.
Yolun asfalt örtüyü kanalizasiya kollektorunun üst hissəsində dairəvi formada çökərək çuxur əmələ gətirib.
“Azərsu” əməkdaşları tərəfindən yolda hərəkət dayandırılıb, hazırda çöküntünün səbəbini müəyyən etmək üçün araşdırma aparılır. Daha sonra
təmir işləri görüləcək.


                      



Baxış sayı: 227


Bölməyə aid digər xəbərlər