"Keşlə" "Sumqayıt"a uduzdu
Tarix: 22-01-2021 20:16 | Bölmə: Karusel

                  "Keşlə" "Sumqayıt"a uduzdu



Azərbaycan Premyer Liqasında XIV tur başa çatıb.
Unikal.org xəbər verir ki, II dövrənin son matçı Bakıdakı “ASK Arena”da keçirilib.
“Keşlə” öz meydanında “Sumqayıt”ı qəbul edib. Qonaqlar oyuna erkən qolla başlayıb. Tellur Mütəllimov 3-cü dəqiqədə hesabı açıb.
Bu qol Ayxan Abbasovun yetirmələrinə qalib gəlmək üçün kifayət edib. Artıq ilk yarıda azlıqda qalan paytaxt təmsilçisi məğlubiyyətdən qaçmağa çalışsa da, səyləri fayda verməyib.
Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Səbail”i 3:1, “Qarabağ” “Sabah”ı 2:1, “Zirə” “Qəbələ”ni 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.


Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər
26-02-2021, 17:47 Yoluxanların sayı artdı