22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Tarix: 26-04-2023 21:34 | Bölmə: Gündəm

Aprelin 26-da Mərkəzi Gömrük Hospitalında akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. 
Bu barədə Sabaha-inamla.az-a Dövlət Gömrük Komitəsindən bildiriblər.
Bildirilib ki, tədbirdən öncə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşları Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarları önünə tər çiçəklər düzüblər.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov 2023-cü ilin müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin və Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq alim və həkim Zərifə xanım Əliyevanın 100 illik yubileyləri ilə əlamətdar olduğunu qeyd edib.
Tədbirdə Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın gələcək nəsillərə nümunə olacaq elmi fəaliyyətindən danışılıb, onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğu vurğulanıb.
Sonda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Sabaha-inamla.az








Baxış sayı: 389


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı