Bütün xəbərlər
Baş redaktor Namiq MƏMMƏDLİ : "Bütün müəllimləri təbrik edirəm"-Bu gün məni də ixtisasca müəllim olduğuma görə təbrik edənlər oldu
Tarix: 05-10-2022 21:21 | Bölmə: Gündəm



Beynəlxalq Müəllimlər Günü kimi də tanınan Ümumdünya Müəllimlər Günü, hər il oktyabrın 5-də keçirilən beynəlxalq gündür.
Məndə ixtisasca-filoloq,dil-ədəbiyyat müəllimiyəm. İlk dəfə 1994-cü ildə Sumqayıt şəhərində sinifə girmişəm, lövhə qaqrşısında durmuşam,şagirdlərə dərs demişəm.11-ci sinifin sinif rəhbəri olmuşam. Artıq uzun illərdir ki, jurnalistkadayam, jurnalist fəaliyyətimlə məşğulam. Bu gün məni də ixtisasca müəllim olduğuma görə təbrik edənlər oldu.
Amma mən fürsətdən istifadə edib Sumqayıt şəhər 37-li tam orta məktəbin müəllimi-Solmaz İbrahimlini və onun simasında bütün Azərbaycan müəllimlərini səmimi qəlbdən təbrik edirəm. Onların necə şagirdlərinin yolunda ömürlərini şam kimi əritmələrini,necə onlara elmin sirlərini, bilik öyrətmələrini uzun illərdir görürəm və müşahidə eləyirəm. Can sağlığı və işlərində uğurlar arzulayıram. Var olun, əziz müəllimlərim, əziz müəllimlər.Allah siz hər zaman qorusun!

Namiq MƏMMƏDLİ,
Sabaha-inamla.az xəbər portalının baş redaktoru



Baxış sayı: 286


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı