Bütün xəbərlər
Deputatlar şəhidimizin dəfn və 3 mərasimində iştirak ediblər
Tarix: 16-09-2022 23:22 | Bölmə: Gündəm

12 sentyabr tarixində Ermənistanın ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş genişmiqyaslı təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Silahlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Cəlilabad rayonunun Bəcirəvan kəndində əsgər Nəbiyev Hüseynalı Hikmət oğlunun, Uzuntəpə kəndində əsgər Qənbərli Rəşad Əlizamin oğlunun və Göytəpə şəhərində əsgər Kəlbiyev İsa Rəhim oğlunun dəfn mərasimində, Əsədli kəndində gizir Həsənov Səid Sarbala oğlunun, Vənlik kəndində baş gizir Məmmədov Nahid Hüseynağa oğlunun və Alar kəndində əsgər Qasımov Rəşad Ənvər oğlunun 3 mərasimində Milli Məclisin sədr müavini Fəzail İbrahimli, deputatlar Malik Həsənov və Elman Nəsirovla birgə iştirak ediblər.
Şəhidimizlə vida mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Deputatlar ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən cəmi şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
VƏTƏN SAĞ OLSUN!

Sabaha-inamla.az















Baxış sayı: 232


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı