Bütün xəbərlər
Milli Məclisin deputatı Müşfiq Məmmədli Çin iş adamları və "Tovuz Baltiya" LTD şirkətinin nümayəndələri ilə görüşüb
Tarix: 09-09-2022 23:42 | Bölmə: Gündəm

Milli Məclisin deputatı Müşfiq Məmmədli Çin iş adamları, həmçinin, "Tovuz Baltiya" LTD şirkətinin nümayəndələri ilə görüşüb. Millət vəkili gələn qonaqları salamlayıb, iki ölkə arasında mədəni ictimai siyasi əlaqələrin inkişafından bəhs edib. Görüşdə iştirak edən Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov siyasi münasibətlərdən söz açaraq Azərbaycan Çin respublikaları arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. "Tovuz Baltiya" LTD şirkətinin rəsmisi Günel Məmmədhəsənova görüş üçün təşəkkür edərək ölkə rəhbəri cənab İlham Əliyevin 2022-ci ili ixrac ili elan etməsini qeyd edib. Özəl şirkətlər üçün istər iqtisadi inkişaf istərsədə ixrac baxımından əlaqələrin yaradılmasını yüksək qiymətləndirib. Daha sonra Çin iş adamları təkliflərlə çıxış ediblər.
Sabaha-inamla.az







Baxış sayı: 250


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı