Bütün xəbərlər
Adil Əliyev Şəhid ailələrini və qaziləri ziyarət etmək məqsədilə Astara rayonunda səfərdədir
Tarix: 27-07-2022 14:44 | Bölmə: Gündəm

Milli Məclisin sədr müavini Adil Əliyev şəhid ailələrini və qaziləri ziyarət etmək məqsədilə hazırda Astara rayonunda səfərdədir. O, rayonun Əzərüd kəndində şəhid Pəncəli Teymurovun ev muzeyini ziyarət edərək, şəhid ailələri və qazilər ilə görüşüb.


Qəhrəmanlarımızın valideynləri övladlarının şücaətindən böyük fəxrlə danışaraq, keçdikləri döyüş yolu barəsində geniş məlumat veriblər.
"Məhz qəhrəman Vətən oğullarının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında döyüş meydanında göstərdikləri şücaət hesabına torpaqlarımız bu gün azaddır. Ərazi bütövlüyümüz bərpa, suverenliyimiz bərqərar edilib, üçrəngli şanlı bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır".


Görüşlərdə iştirak edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə, problemlərinin həllinin daim nəzarətdə saxlanıldığına, sosial rifahlarının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlara görə dövlət başçısına, Birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


Adil Əliyev sonda bildirib ki, bütün şəhidlərimizin müqəddəs ruhunu dərin hörmət və ehtiramla anır, Allahdan onlara rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa diləyir.
Sabaha-inamla.az















Baxış sayı: 342


Bölməyə aid digər xəbərlər