Bütün xəbərlər
İşğaldan azad edilmiş ərazilərə bu yollar çəkiləcək - Prezident açıqladı+Video
Tarix: 16-03-2021 00:45 | Bölmə: Gündəm

İşğaldan azad edilmiş ərazilərə bu yollar çəkiləcək



"Bu gün Füzuli-Hadrut yolunun təməlini qoyacam. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin inkişafı üçün böyük əhəmiyyət daşıyır".
"Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev Füzuli və Xocavənd rayonlarına səfəri zamanı bildirib.
Dövlət başçısı bildirib ki, bu, birinci layihə deyil:
"Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş ərazilərin bərpasına başlanılıb. Füzulidən Şuşaya yol, Zəfər yolu çəkilir. Eyni zamanda Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər də yol çəkiləcək. Bir sözlə, müharibədən 4 ay keçməsinə baxmayaraq, böyük quruculuq işlərinə başlanılıb".

             


Baxış sayı: 344


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı