Bütün xəbərlər
Futbolçu Denis Çerışev özünə yeni klub tapa bilmir
Tarix: 08-07-2024 18:50 | Bölmə: Digər

Rusiyalı yarımmüdafiəçi Denis Çerışev təkliflərin olmaması səbəbindən özünə yeni klub tapa bilmir, futbolçunun nümayəndəsi Jordi Salles deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Denis oynamağa davam etmək istəyir, lakin hazırda Rusiyadan da heç bir təklif yoxdur", - RİA Novosti Sallesdən sitat gətirir.
Çerışev "Real Madrid" akademiyasının məzunudur. Həmçinin İspaniyada “Sevilya”, “Valensiya” və “Vilyarreal”da çıxış edib.
Denisin son klubu İtaliyanın "Venesiya"sı olub ki, o, bu yay müqaviləsinin başa çatması səbəbindən komandadan ayrılıb.


Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər