Bütün xəbərlər
Novruz çərşənbələrinin vaxtı açıqlandı
Tarix: 24-01-2021 01:02 | Bölmə: Digər

   Novruz çərşənbələrinin vaxtı açıqlandı



Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub.
"Report" xəbər verir ki, bu ilin ilk çərşənbəsi fevralın 23-ü, axırıncı çərşənbə isə martın 16-na təsadüf edəcək.
Fevralın 23-də ilk - Su çərşənbəsi, martın 2-də Od, martın 9-da Hava (Yel), martın 16-da isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.
Qeyd edək ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 13:37-də olacaq.


Baxış sayı: 287


Bölməyə aid digər xəbərlər