Bütün xəbərlər
Şəhid mayoru doğma kəndində dəfn olundu - FOTOLAR + VİDEO (YENİLƏNİB)
Tarix: 14-07-2020 20:39 | Bölmə: Digər

                 Şəhid mayoru doğma kəndində dəfn olundu- FOTOLAR + VİDEO (YENİLƏNİB):13 2020-07-14


Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatı nəticəsində şəhid olan mayor Əhmədov Namiq Hajan oğlu dəfn edilib.
Unikal.org-un məlumatına görə, 33 yaşlı mayorun nəşi doğulub boya-başa çatdığı Qazaxın Yuxarı Salahlı kəndində dəfn olunub.
Mərasimdə rayon icra hakimiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları və qohumları iştirak ediblər. Artelleriya komandiri Tovuzda gedən şiddətli döyüşlərdə şəhid olub.
***15:41
Xəbər verdiyimiz kimi Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlu şəhid olub.
Unikal.org xəbər verir ki, şəhidin cənazəsi doğulduğu Qazax rayonuna gətirilib.
Şəhidlə vida mərasimindən sonra dəfn ediləcək.
                  


Baxış sayı: 348


Bölməyə aid digər xəbərlər