22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Azərbaycanlı alimlərin günəş enerjisindən istifadə sahəsində yeni ixtirası
Tarix: 07-07-2020 11:39 | Bölmə: Digər
              

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tədris və innovasiyalar üzrə rəis müavini professor Ramiz Hümbətovun və Bakı Mühəndislər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Manafəddin Namazovun müəllifləri olduğu “Günəş panellərinin vəziyyəti ikimövqeli idarə olunan günəş enerjisini elektrik enerjisinə çevirən qurğu” ixtiraya  Azərbaycan Respublikasının patenti verilib.
Akademiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ixtiranı fərqləndirən cəhət ondan ibarətdir ki, qurğu yerləşdiyi coğrafi məkandan və ilin mövsümündən asılı olmayaraq işıqlı gün ərzində daim günəş panellərindən maksimal mümkün olan enerji əldə etməyə imkan verir.
Belə effekt bilavasitə günəş panellərindən alınan enerjinin qiymətindən asılı olaraq panellərin vəziyyətini iki biri-birinə perpendikulyar üfüqi  ox ətrafında dəyişdirməklə günəş şüalarının panellərin səthinə daim düz bucaq altında düşməsinin təmin olunması hesabına əldə edilir.



Baxış sayı: 487


Bölməyə aid digər xəbərlər