Bütün xəbərlər
Məşhur gözəlin ayağı amputasiya olundu
Tarix: 07-07-2020 11:01 | Bölmə: Digər

              Məşhur gözəlin ayağı amputasiya olundu


Kolumbiya gözəli (Miss Colombia- 2011) Daniella Alvarezin ayağı amputasiya edilib. 
“Qafqazinfo” xəbər verir ki, bununla da o, podiumlarla vidalaşmaq məcburiyyətində qalıb.  Model iki həftə əvvəl baş tutan əməliyyat zamanı sol ayağını itirib.
Belə ki, Alvarezin qarnındakı şiş çıxarıldıqdan sonra ayağında işemiya yaranıb. Daha sonra ayağında çürümə başlayıb və dizdən aşağı hissə amputasiya edilib.
Əməliyyatdan sonra model fotolarını sosial şəbəkədə paylaşaraq səhhətinin qaydasında olduğunu bildirib. 









Baxış sayı: 482


Bölməyə aid digər xəbərlər