Bütün xəbərlər
“İmtahanlarla bağlı qaydalar hazırlanıb”
Tarix: 04-06-2020 17:45 | Bölmə: Digər

                  “İmtahanlarla bağlı qaydalar hazırlanıb”


“Mütəxəssislər tərəfindən imtahanların keçirilməsi zamanı tətbiq ediləcək qaydalar hazırlanıb”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. 
O bildirib ki, bu qaydalarda imtahanların hansı şəraitdə keçirilməsi, valideynlərin övladlarını gözlədikləri zaman məsafə saxlamaları nəzərdə tutulub: “Lakin abituriyentlər və onların valideynlərinin koronavirus testindən keçməsi haqda tələb yoxdur. Xəstəlik əlamətləri olan vətəndaşlar və virusa yoluxmuş şəxslə ünsiyyətdə olanlar test olunur”. 


Baxış sayı: 351


Bölməyə aid digər xəbərlər