Bütün xəbərlər
Türkiyə Superliqası: "Beşiktaş" səfərdə məğlub olub
Tarix: 19-03-2018 00:22 | Bölmə: Digər

                     

Türkiyə Superliqasında 26-cı turun oyunu keçirilib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Beşiktaş" səfərdə "Başakşehir"lə qarşılaşıb.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu hollandiyalı Elya vurub. Matçın 62-ci dəqiqəsində isə Cunior Kaysara ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu qələbədən sonra "Başakşehir" 53 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider "Qalatasaray"la xal fərqini 1-ə endirib.
"Beşiktaş" isə 50 xalla 3-cu yerdədir.


Baxış sayı: 800


Bölməyə aid digər xəbərlər