Bütün xəbərlər
Abşeronda maşının vurduğu piyada xəstəxanadan qaçıb
Tarix: 04-03-2018 18:11 | Bölmə: Digər

                         Hadisəni törədən sürücü də hadisə yerindən uzaqlaşıb

Abşeron rayonunda yolu keçmək istəyən piyadanı maşın vurub.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə Ceyranbatan bağları ərazisində baş verib.
Abşeron Ceyranbatan Peşə Liseyinin yataqxanasında yaşayan 1977-ci il təvəllüdlü Əsədov Vüqar İbrahim oğlu ərazidəki marketin qarşısında yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb.
Yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən Vüqar Əsədov sonradan oradan qaçıb. Tibb müəssisəsindən verilən məlumata görə, o, xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 896


Bölməyə aid digər xəbərlər