Bütün xəbərlər
Azərbaycan Premyer Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Tarix: 02-03-2018 23:21 | Bölmə: Digər

             Azərbaycan Premyer Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq

Respublika Narkoloji Mərkəzində baş vermiş faciəvi hadisə ilə əlaqədar futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII tur oyunları 1 dəqiqəlik sükutla başlayacaq.
"Ölkə.Az"ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası qərar qəbul edib. Qarşıdakı tura martın 3-də "Kəpəz" - "Səbail" matçı ilə start veriləcək. Sabah "Sumqayıt" - "Qarabağ" matçı da keçiriləcək. Martın 4-də "Qəbələ" - "Neftçi" və "Zirə" - "Keşlə" oyunları nəzərdə tutulub.
Qeyd edək ki, 2018-ci il martın 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.


Baxış sayı: 726


Bölməyə aid digər xəbərlər