Bütün xəbərlər
Ana və dörd yaşlı oğlu yanğında ölüb
Tarix: 30-01-2025 09:50 | Bölmə: Cəmiyyət

Rostov-na-Donuda fərdi evdə yanğın zamanı qadın və onun dörd yaşlı oğlunun ölməsinin səbəbləri araşdırılır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, faciə yanvarın 30-a keçən gecə Levanevski küçəsində baş verib. Yanğını görən qonşular yanğınsöndürənlərə müraciət ediblər. Bu zaman yanan binada 38 yaşlı qadın və onun dörd yaşlı oğlu yatıb.
Xilasedicilər ana və uşağı evdən çıxarsalar da, onları xilas edə bilməyiblər - onlar kəskin tüstüdən nəfəs alıblar.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın 120 kvadratmetr ərazini əhatə edib. Yanğının söndürülməsinə 25 mütəxəssis və 8 texnika cəlb olunub.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb