Bütün xəbərlər
Yanan evdən qadın və uşaq qaça bilməyib
Tarix: 22-10-2024 09:31 | Bölmə: Cəmiyyət

Tümen vilayətinin Borovlyanka kəndində çoxuşaqlı ailənin yaşadığı ev yanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ailə başçısı 3 uşağı yanğından xilas edə bilib. O, hazırda yanıq xəsarətləri ilə xəstəxanadadır.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın zamanı 30 yaşlı qadın və 13 yaşlı oğlan ölüb. Hazırda yanğının səbəbi müəyyənləşdirilir. İstintaqı rayon prokurorluğu aparır.



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər