Bütün xəbərlər
Qatar uşaqla relsləri keçən qadını vurub
Tarix: 31-08-2024 20:26 | Bölmə: Cəmiyyət

Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsi xəbər verir ki, Tatarıstanda qatar uşaq arabasında uşaqla dəmir yolunu keçən qadını öldürüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qəza avqustun 30-da günorta saatlarında Sosnovıy Bor vağzalının yaxınlığında baş verib. İlkin məlumata görə, qadın uşaq arabasında olan 2023-cü il təvəllüdlü uşaqla dəmir yolu relslərini keçib. Sürücü toqquşmanın qarşısını ala bilməyib.
Nəticədə qadın hadisə yerində ölüb, uşaq müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İstintaq Komitəsi yol hərəkəti təhlükəsizliyi və dəmir yolu nəqliyyatının istismarı qaydalarının mümkün pozuntuları ilə bağlı araşdırmalara başlayıb.


Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər