Bütün xəbərlər
Moskva vilayətində içərisində maşın yağı olan anqar yanıb
Tarix: 19-07-2024 19:23 | Bölmə: Cəmiyyət

Cümə günü Moskva yaxınlığındakı Taldomda ciddi yanğın baş verib, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İdarədən verilən məlumata görə, yanğın sexdə baş verib. Mühərrik yağının saxlandığı tamamilə metaldan hazırlanmış anqar yanıb.
Yanğın artıq 1200 kvadratmetr ərazini əhatə edib, hadisə yerində 30 yanğınsöndürən işləyir, 6 texnika cəlb olunub.
Ölənlərin olub-olmaması barədə hələlik məlumat verilmir.


Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər