Bütün xəbərlər
Fərdi yaşayış evində baş verən yanğında böyük və iki uşaq ölüb
Tarix: 14-06-2024 10:47 | Bölmə: Cəmiyyət

Sverdlovsk vilayətində fərdi yaşayış evində baş verən yanğın nəticəsində bir kişi və iki qız ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsinin məlumatına görə, Kuzino kəndində fərdi evdə yanğını söndürərkən 3 nəfərin cəsədinin tapılması barədə məlumat daxil olub.
Faktla bağlı (“Ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma”) cinayət işi başlanıb.
Hazırda hadisə yerində İstintaq Komitəsinin müstəntiqləri işləyir. Yoxlama aparılır, hadisənin şahidləri müəyyən edilərək dindirilir.
Bundan əvvəl Buryatiyada yanğın zamanı şkafda gizlənən 3 uşaq həlak olub.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər
22-06-2024, 13:19 İki uşaq kanalda boğulub
12-06-2024, 10:55 Sərxoş turist döyülüb