Bütün xəbərlər
Məktəbin damı uçduqdan sonra iş açılıb
Tarix: 25-05-2024 12:11 | Bölmə: Cəmiyyət

Krasnodar vilayətinin istintaq orqanları məktəbin həyətində damın aşması nəticəsində uşaqların xəsarət alması faktı ilə bağlı cinayət işi açıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şənbə günü səhər saatlarında güclü külək Krasnodar şəhərinin 29 saylı məktəbinin dam örtüyünün bir hissəsini qoparıb. Bayram məclisinə insanların toplaşdığı məktəbin həyətinə metal təbəqələr düşüb. İlkin məlumatlara görə, azı 12 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı rayon İstintaq İdarəsi tərəfindən “Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi” maddəsi ilə cinayət işi açılıb. İstintaq Komitəsinin və prokurorluğun əməkdaşları hadisə yerində işlərini davam etdirir. Hazırda zəruri istintaq hərəkətləri aparılır.
Araşdırma zamanı binanın lazımi texniki vəziyyətinə və təmirinə cavabdeh şəxslərin hərəkətlərinə qiymət veriləcək.


Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər