21:15 / 27-09-2026
Turist itkin düşüb
Bütün xəbərlər
Sərnişin qatarı beş yaşlı uşağı vurub
Tarix: 16-05-2024 21:21 | Bölmə: Cəmiyyət

Stavropol diyarının kiçik sakini Kislovodskdan Rostov-na-Dona gedən sərnişin qatarının təkərləri altında ölüb, Rusiya Federasiyası İstintaq Komitəsinin Qərb Regionlararası Nəqliyyat İdarəsi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, faciə mayın 16-da səhər saatlarında Mineralnıye Vodı yaxınlığında baş verib. Müstəntiqlər təfərrüatları açıqlamayıb, təkcə sürücünün təcili əyləci basdığını, lakin 2019-cu il təvəllüdlü uşağı vurmamaq üçün kifayət qədər yeri olmadığını qeyd edib.
Həkimlər gələnə qədər körpə aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun valideynlərinin həmin an harada olduğu qeyd olunmayıb.



Baxış sayı: 433


Bölməyə aid digər xəbərlər
14-09-2026, 17:37 Ər arvadını boğub