Bütün xəbərlər
Voronej şəhərinin mərkəzindəki kafedə partlayış baş verib
Tarix: 01-04-2024 13:21 | Bölmə: Cəmiyyət

Voronej hüquq-mühafizə orqanlarının əməkdaşları səhər saatlarında partlayış baş verən şəhərin mərkəzindəki kafeni mühasirəyə alıblar.
Hadisə Lenin küçəsində yerləşən “Çayxana”da baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə binanın şüşələri sınıb, sonra isə partlayış olub.
Ölən və yaralananlar barədə məlumat verilmir. Hadisənin bütün hallarını müəyyən etmək üçün hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.


Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər