Bütün xəbərlər
Leroy Merlin anbarlarının yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb
Tarix: 28-02-2024 09:37 | Bölmə: Cəmiyyət

Primorye polisi tikinti hipermarketinə məxsus obyekti yandırmaqda şübhəli bilinən şəxsə qarşı cinayət işi açıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volkun sözlərinə görə, Artyom şəhərinin Mahalina küçəsində yerləşən anbarlarda baş verən güclü yanğından sonra Primorye hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində yanğının izlərini aşkar ediblər.
Mütəşəkkil əməliyyat-axtarış tədbirləri zamanı polis şübhəlinin - 38 yaşlı Vladivostok sakinini müəyyən edib.
Həmin şəxs saxlanılaraq polis şöbəsinə aparılıb. Cinayət törətdiyi iddia edilən şəxs barəsində “Əmlakı qəsdən məhv etmə və ya zədələmə” maddəsi ilə cinayət işi başlanıb. Hücum edənin motivləri aydınlaşdırılır, qabaqlayıcı tədbirin seçilməsi məsələsi həll edilir.
Söhbət “Leroy Merlin” mağazasının anbarlarında fevralın 26-da baş vermiş yanğından gedir.


Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər