Bütün xəbərlər
Yerli sakin evdə silah istehsalı qurub
Tarix: 19-02-2024 11:45 | Bölmə: Cəmiyyət

Novosibirsk vilayətində bir nəfər saxlanılıb, onun evindən dörd silah və minə yaxın əldəqayırma patron aşkar edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, tüfəngli karabin, revolver, üç tapança, mindən çox hazır sursat və patron hazırlamaq üçün 800-ə yaxın blank - bütün bunlar Novosibirsk vilayətinin 53 yaşlı sakininin evindən polis və FSB əməkdaşları tərəfindən tapılıb.
Daxili İşlər Nazirliyinin Novosibirsk vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, silah və sursatların əksəriyyəti kustar üsulla istehsal edilib. Saxlandıqdan sonra həmin şəxs silah hazırlamağın hobbi olduğunu və evdəki arsenalını yalnız özü üçün saxladığını deyib.
Şübhəlinin üzərindən silah və sursatla yanaşı, onların hazırlanması üçün avadanlıq, hərbi silahlar üçün ehtiyat hissələri, kompüter və tüfəngli lülələr üçün blanklar aşkar edilib. “Silahçı”ya qarşı “Qanunsuz olaraq silah və döyüş sursatı əldə etmə, saxlama” maddəsi ilə cinayət işi başlanıb.
Şübhəli barəsində yeri tərk etməmək barədə qabaqlayıcı tədbir görülüb. Əgər onun günahı sübuta yetirilərsə, kişini 4 ilə qədər həbs cəzası gözləyir.


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər