Bütün xəbərlər
Yük avtomaşını bir neçə metr hündürlükdən aşıb
Tarix: 18-02-2024 12:51 | Bölmə: Cəmiyyət


Soçi Dövlət Yol Müfəttişliyinin əməkdaşları yük maşını sürücüsünün xəsarət alması ilə nəticələnən böyük qəzanın səbəblərini müəyyənləşdirirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Soçi polisinin məlumatına görə, özüboşaldan yük maşını fevralın 18-də Yan Fabrisius küçəsində qəza törədib. Dolama yolun çıxışında sürücü idarəetməni itirib. Yük maşını yolun hərəkət hissəsindən çıxaraq bir neçə metr hündürlükdən aşağı yola düşüb.
Sürücü ağır əyilmiş kabinədən çıxarılaraq xəstəxanaya aparılıb. Zərərçəkənin xəsarətinin xarakteri dəqiqləşdirilmir. Qəzanın təfərrüatları dəqiqləşdirilir.


Baxış sayı: 83


Bölməyə aid digər xəbərlər