20:41 / 04-10-2023
Cəbrayıla həyat qayıdıb
20:23 / 04-10-2023
Fuad Muradov həbs edildi
02:04 / 04-10-2023
ABŞ tarixində ilk
Bütün xəbərlər
Tuvada baş verən kütləvi qəzada 6 nəfər ölüb
Tarix: 23-05-2023 21:57 | Bölmə: Cəmiyyət


Tuva Respublikasının polis əməkdaşları mayın 23-də axşam saatlarında federal magistralda üç avtomobilin iştirakı ilə baş vermiş faciəvi qəzanın səbəblərini müəyyənləşdirirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin respublika Baş İdarəsinin məlumatına görə, üç avtomobilin toqquşması çərşənbə axşamı saat 21:40 radələrində (Moskva vaxtı ilə təxminən 17:40) R-257 Yenisey federal magistralının 858-ci kilometrliyində baş verib.
İlkin məlumata görə, qəza nəticəsində 6 nəfər ölüb, daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faciəvi hadisə yerində istintaq-əməliyyat qrupu işləyir. Hadisənin səbəbləri və şəraiti müəyyən edilir.


Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər
25-09-2023, 11:38 Arvadını qətlə yetirib