Bütün xəbərlər
Polad Həşimovun plakatını yanğından xilas edən şəxs danışdı - Video
Tarix: 19-10-2021 08:10 | Bölmə: Cəmiyyət

Polad Həşimovun plakatını yanğından xilas edən şəxs danışdı



Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl səhər saatlarında “Metro City” ticarət mərkəzində yanğın olub.
“Qafqazinfo”nun məlumatına görə, yanğın zamanı ərazidə olan şəxslərdən biri mağazanın ön hissəsindəki Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun şəkli olan plakatın yanmasının qarşısını alıb.
Görüntülərinin yayılması ilə günün qəhrəmanına çevrilən şəxs İTV-yə danışıb:
“Yanandan sonra yaxınlaşdım. Əvvəl buranı duman basdı. Hamı qaçırdı, partlayış vardı. Gördüm, şəkil yanacaq, qaçdım onu çıxarmağa. Əvvəl gücüm çatmadı. Sonra elə bil Allah mənə güc verdi”.

               


Baxış sayı: 239


Bölməyə aid digər xəbərlər