Bütün xəbərlər
Əvvəl arvadı ilə qayınatasını, sonra özünü öldürdü - Sabirabadda dəhşət
Tarix: 21-08-2021 01:17 | Bölmə: Cəmiyyət

                    Əvvəl arvadı ilə qayınatasını, sonra özünü öldürdü


Sabirabadda güllələnmə hadisəsi baş verib.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə rayonun Əsgərbəyli kəndində qeydə alınıb.
Saatlı rayon sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Nizam Qaraoğlan oğlu ov tüfəngi ilə həyat yoldaşı, Sabirabadın Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Ruhiyyə Əmirxan qızını və qayınatası, 1938-ci il təvəllüdlü Əflatunov Əmirxan Əlibala oğlunu, sonra isə özünü tüfənglə öldürüb.
İlkin məlumata görə, N.Məhərrəmovla həyat oldaşı arasında söz-söhbət yaranıb və R.Məhərrəmova atasının evinə gedib. N.Məhərrəmov həyat yoldaşını evə qaytarmaq üçün qayınatasıgilə gedib və ağır cinayəti törədib.
Faktla bağlı araşdırma aparılır.


Baxış sayı: 329


Bölməyə aid digər xəbərlər