Bütün xəbərlər
Milli Qəhrəmanlarımızın Qubadlıdakı məzar daşları bərpa olundu - Fotolar
Tarix: 16-06-2021 12:56 | Bölmə: Cəmiyyət

                      Milli Qəhrəmanlarımızın Qubadlıdakı məzar daşları bərpa olundu



İşğaldan azad olunan Qubadlı rayonunda dəfn olunmuş Azərbaycanın Milli Qəhrəmanlarının məzarları bərpa olunur.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə fotolar paylaşılıb.
Artıq Milli Qəhrəmanımız Əliyar Əliyevin Qubadlının Qəzyan kəndində dağıdılmış məzarı bərpa edilib. Məzar daşına qəhrəman döyüşçümüzün hərbi geyimdə olan fotoşəkli həkk olunub. Milli Qəhrəmanın oğlu Emin Əliyev atasının məzarını ziyarət edib.
Həmçinin Qubadlıda dəfn olunmuş Milli Qəhrəmanlarımız - Vasiliy Əliyev və Aqil Məmmədovun məzar daşlarının da bərpa olunduğu bildirilir.








Baxış sayı: 290


Bölməyə aid digər xəbərlər