Bütün xəbərlər
Bakı “BT”nin keçmiş rəis müavini saxlanıldı
Tarix: 07-04-2021 14:47 | Bölmə: Cəmiyyət

                   Bakı “BT”nin keçmiş rəis müavini saxlanıldı


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (BT-red.) 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini olmuş Eldar Mirzəyev saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, Eldar Mirzəyev prokurorluq əməkdaşları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan informasiya ilə bağlı ictimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.


Baxış sayı: 301


Bölməyə aid digər xəbərlər