Almaniyada iki nəfərin bir yerə toplaşması qadağan edildi
Tarix: 23-03-2020 01:22 | Bölmə: Karusel


Almaniyada yeni növ koronavirusun (Covid-19) yayılması ilə mübarizə üçün görülən tədbirlər gücləndirilir.
Modern.az  xarici mediaya istinadən xəbər verir ki, ölkədə ailələr və eyni evdə yaşayanlardan başqa daha iki nəfərin toplaşması qadağandır.
Almaniya kansleri Angela Merkel əyalətlərin baş nazirləri ilə telekonfrans zamanı Covid-19 tədbirlərini müzakirə edib.
İclasda koronavirusun yayılmasına qarşı ən azı 2 həftə müddətində sosial təmasın daha da məhdudlaşdırılması barədə razılıq əldə edilib.
Bu çərçivədə daha 2 nəfərin bir araya gəlməsi qadağan edilib. Bu qadağa eyni evdə yaşayanlara və ailələrə şamil edilməyəcək.


Baxış sayı: 69


Bölməyə aid digər xəbərlər
23-03-2020, 00:52 Merkel karantinə alındı