Bütün xəbərlər
Qida Təhlükəsizliyi Klinikası yaradılır
Tarix: 13-02-2020 12:51 | Bölmə: Karusel

                 Qida Təhlükəsizliyi Klinikası yaradılır

Qida Təhlükəsizliyi Klinikasının yaradılması nəzərdə tutulur.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında danışıb. 
Bildirib ki, Respublika Klinikasının nəzdində “Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi” və “Toksikoloji Araşdırmalar Mərkəzi” fəaliyyət göstərəcək:
“Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi ölkənin biotəhlükəsizlik statusunun mütəmadi nəzarətdə saxlanılması, ölkə xaricində və ya daxilində ortaya çıxan biolojik təhlükə qaynaqlarının araşdırılması, qiymətləndirilməsi, önləyici tədbirlərin hazırlanması və bir çox sahə üzrə fəaliyyət göstərəcək. Həmçinin Mərkəz tərəfindən Quş qripi, yüksək patogenliyə malik koronavirus növlərinin, Qara Yara kimi xüsusi təhlükəli xəstəliklərin sürətli diaqnozunun qoyulması və müvafiq önləyici tədbirlərin əhaliyə aşılanması həyata keçiriləcək”.


Baxış sayı: 310


Bölməyə aid digər xəbərlər