Bütün xəbərlər
Portuqaliya millisinin qapıçısı dünyasını dəyişdi
Tarix: 26-02-2021 23:31 | Bölmə: Karusel

                    Portuqaliya millisinin qapıçısı dünyasını dəyişdi


Portuqaliya millisi və "Portu"nun həndbolçusu Alfredo Kintana dünyasını dəyişib.
Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, 4 gün öncə məşq zamanı ürəyi dayanan və komaya düşən 33 yaşlı qapıçının həyatını xilas etmək mümkün olmayıb.
Həkimlərin sözlərinə görə, təcrübəli qolkiperin vəziyyətinin pisləşməsinə beynindəki şiş səbəb olub.
Qeyd edək ki, 10 ildir "Portu"dan çıxış edən Kintana 2014-cü ildən yığmanın formasını geyinirdi.


Baxış sayı: 166


Bölməyə aid digər xəbərlər