Bütün xəbərlər
Mehriban Əliyevadan qızlarımızın uğuru ilə bağlı paylaşım - “Sizi sevirəm!”
Tarix: 10-08-2024 22:34 | Bölmə: Gündəm

                     mehriban-eliyevadan-qizlarimizin-uguru-ile-bagli-paylasim



Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın “Paris-2024” Yay Olimpiya Oyunlarının final mərhələsini 5-ci pillədə başa vurması münasibətilə paylaşım edib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, paylaşımda deyilir:
“Əhsən! Sizinlə fəxr edirəm!
Əziz gimnastlar, sizin zəhmətiniz, mətanətiniz və ən yaxşı olmaq istəyiniz sayəsində əldə olunan tərəqqi göz qabağındadır! Məharətinizə, qələbə əzminizə və ən mürəkkəb elementləri zərifliklə yerinə yetirdiyinzə görə sağ olun! Sizə yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram! Sizi sevirəm!” 



 Bizi Facebookda izləyin


Baxış sayı: 377


Bölməyə aid digər xəbərlər
30-07-2024, 00:53 Hidayət çempion!