22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
Tarix: 22-01-2021 23:42 | Bölmə: Gündəm

    Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı



“Adətən bir proses bitəndə onun qiymətləndirilməsi çox vacibdir. Məsələn, sosial şəbəkələrdə hansısa məktəb direktorunun problemli videoları yayılır. Nazirlik üçün bu, həmin direktorla olan əmək fəaliyyətinə xitam verilən günlə bitmir”.
“Report” xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev "Xəzər" Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında çıxışında deyib.
Nazir bildirib ki, başqa vacib məsələ var və bu, cəmiyyət üçün də vacib olmalıdır: “Biz sual verməliyik - necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm - bu, vacib sualdır. Biz səhvmi etdik o direktor oldu?! Yoxsa bu, sadəcə sistemdə baş verə bilən 100 haldan biridir ki, bu indi təsadüf oldu. Və ya o, 10-15 il direktor işləyib.
Bütün necə oldu suallarının qiymətləndirilməsi və təkrar olaraq eyni səhvlərin buraxılmaması vacib məsələdir”.



Baxış sayı: 422


Bölməyə aid digər xəbərlər
23-11-2024, 14:26 Şeyx Portuqaliyaya gedir