14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
"Sumqayıt" üzr istədi
Tarix: 02-09-2019 17:31 | Bölmə: Digər



"Sumqayıt" futbol klubu Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində sentyabrın 1-də "Neftçi" ilə qarşılaşmada baş vermiş insidentlə bağlı bəyanat yayıb. 
Oxu.Az xəbər verir ki, bəyanatın mətni klubun rəsmi saytında yerləşdirilib. 
Bildirilib ki, klub “Neftçi” - “Sumqayıt” qarşılaşmasının son dəqiqələrində meydanda yaranmış insidentə görə ölkənin futbol ictimaiyyətindən üzr istəyib:
"Sumqayıt" futbol klubu olaraq, hər zaman ədalətli oyunun, qarşılıqlı hörmətin tərəfdarı olmuş, meydanda və meydandan kənarda şiddət və aqressiyanın yolverilməz olduğunu hesab etmişik.
Bəyan edirik ki, AFFA-nın müvafiq strukturunun məlum olayla bağlı çıxaracağı qərardan savayı, klub daxilində də məsələ ilə bağlı detallı araşdırma aparılacaq və uyğun addımlar atılacaq".
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" matçının son dəqiqələrində iki komandanın üzvləri arasında qarşıdurma olub. Nəticədə, "Neftçi"nin məşqçisi Etibar Tanrıverdiyev "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovu vurub. Eyni zamanda, müdafiəçilər Anton Krivotsyukla Vurğun Hüseynov mübahisə edib. Referi hər iki oyunçunu meydandan qovub.



Baxış sayı: 494


Bölməyə aid digər xəbərlər